Məşqçi jurnalisti vurdu, sonra... - VİDEO

27 Aprel 2011 09:50
Milli.Az xəbər portalı AP-yə istinadən bildirir ki, Danimarkanın "Randers" futbol klubunun baş məşqçisi Uve Kristensen superliqada "Borndbyu" ilə matçdan (0:4) sonra jurnalisti vurub. Çalışdırıcı media mənsubunun suallarına cavab vermək istəməyib və jurnalistin çiynindən zərblə itələyib.

İnsidentin ertəsi günü Kristensen vəzifəsindən kənardaşdırılaraq istefaya göndərilib. Klubun press-attaşesi İb Rasmussen isə bildirib ki, məşqçi jurnalistlə bağlı epizoda görə yox, komandanın pis nəticələrinə görə qovulub.

Danimarka çempionatının cari mövsümünün başa çatmasına 6 tur qalmış "Randers" turnir cədvəlinin lap dibində olaraq "ölüm zona"sından yalnız əlavə göstəricilər baxımından azacıq kənarlaşıb.

Milli.Az