Azərbaycan Prezidenti İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib - FOTO
26 Aprel 2011 20:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da İran İslam Respublikası Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadəni qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlər, Xəzər dənizinin hüquqi statusunun hazırlanması istiqamətində aparılan danışıqların vəziyyəti müzakirə edilmiş, bu baxımdan Xəzəryanı ölkələrin dövlət başçılarının Bakı sammitinin önəmi vurğulanmışdır.
AzərTAc

FOTO: AzərTAc