Bakıda 60 yaşlı qadın itkin düşüb - FOTO
26 Aprel 2011 18:43
Milli.Az xəbər portalının məlumatına görə, Zemfira Hüseynəli qızı Hüseynova aprelin 24 saat 15:00 radələrində yaşadığı Maştağa qəsəbəsi, Həsənov küçəsi, ev 19-dan çıxaraq bir daha geri qayıtmayıb.
Z.Hüseynovanın boyu 157 sm, arıq bədən qurluşlu, ağbəniz, saçları ağ, gözləri isə qəhvəyi rəngdədir. O, evdən çixarkən əynində açıq qırmızı rəngdə şalvar, qırmızı zolaqlı köynək və başmaq olub. Zemfira Hüseynovanı görənlərdən və yerini bilənlərdən Sabunçu Rayon Polis idarəsinin 14-cü polis bölməsinə və ya 012 455 44 32; 012 455 02 02; 455 00 22; 070 232 95 5 nömrələrinə zəng vurub məlumat verməsi xahiş olunur.
Milli.Az
