“Beşiktaş”ın oyunçusu özünə aparıcı sevgili tapdı – FOTOSESSİYA

26 Aprel 2011 18:02
Türkiyənin "Beşiktaş" futbol klubunun legioneri Simao Portuqaliyada aparıcılıq edən Rita Andreda ilə sevişir. Milli.Az xəbər portalının Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, "Beşiktaş"lı futbolçunun sevgilisi tək aparıcı yox, həm də fotomodel kimi tanınır.

Simao və Rita Andreda 4 ildir gizli eşq yaşayırmış. Futbolçu həyat yoldaşından boşandıqdan sonra onun gizli eşqi də ortaya çıxıb. Amma Rita Andreda onların gizli eşqinin boşanmayla heç bir əlaqəsinin olmadığını iddia edir.  

Milli.Az