Sabah fasilələrlə yağış yağacaq
26 Aprel 2011 16:12
Sabah Azərbaycan ərazisində fasilələrlə yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 5-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.
Aprelin 27-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-4, gündüz 6-11 dərəcə isti təşkil edəcək.
/Trend/