Kubanın əfsanəvi lideri, dünyanın "Komandante" kimi tanıdığı Fidel Kastro Rus dünən 90 illik yübileyini qeyd etmək üçün Havanadakı Karl Marks teatrına qardaşı prezident Raul Kastro ilə birgə gəlmişdi.
Milli.Az BBC-yə istinadən bildirir ki, onları tərəfdaşları Venesuela prezidenti Nikolas Maduro da müşayiət edib.
Bu, onun apreldən bəri ictimaiyyət qarşısında ilk görünməsidir. Zəifləmiş təsiri bağışlayan Kastro bütün tədbir boyu yerindən qalxmamağa çalışıb.
2008-ci ildə istefa verən Fidel Kastro bu yaxınlarda ABŞ prezidenti Barak Obamanı tənqid etmişdi.
Daily Mail məlumat verir ki, yazdığı köşədə F.Kastro Barak Obamanın II Dünya Müharibəsi zamanı Hiroşimaya atılan nüvə bombasına görə üzr istəməməsini qınayırdı.
Obama may ayında Yaponiyanın Hiroşima şəhərini ziyarət edib.
"O yüz minlərlə insanın öldürülməsinə görə üzr istəməyi unutdu", - Kastro yazmışdı.
ABŞ və Kuba arasında əlaqələr prezident Raul Kastronun zamanında bərpa edilib.
Lakin Obamanın Havanaya səyahətindən sonra Fidel Kastro deyib: "Biz imperiyadan heç nə istəmirik"
Yubiley mərasimində Komandantenin həyatından fraqmentlər göstərilib.
Eyni zamanda paytaxt küçələrində də həftəsonu əyləncələri təşkil edilib, atəşfəşanlıq olub.
Fidel Kastro illər əvvəl təqaüdə çıxıb və siyasi əlaqələrə daha az təsir gücü var.
Milli.Az