İlin sonunadək Ermənistanı daha 300 min nəfər tərk edəcək
26 Aprel 2011 15:30
Milli.Az xəbər portalının "Haykakan Jamanak" qəzetinə istinadən verdiyi məlumata görə, hazırkı həyat şəraitinin davam edəcəyi təqdirdə, bu ilin sonunadək ölkəni daha 300 min nəfər tərk edəcək. Məlumatda bildirilir ki, burada qonşu Gürcüstana üz tutmuş və orada biznes qurmuş şəxslər nəzərə alınmır.
Qəzet yazır ki, miqrasiyanın belə yüksək səviyyədə olması əhalinin 80%-nin sabaha inamının olmaması ilə bağlıdır: "Beləliklə, Ermənistanı müharibədən sonrakı dövrdə ən ciddi miqrasiya dalğası gözləyir. Bunun qarşısının alınması üçün insanların sabaha inamı bərpa olunmalıdır. Bu isə yalnız mövcud hakimiyyətin dəyişməsindən sonra mümkündür".
Milli.Az