Sankt-Peterburqda ağ qarğa peyda olub – FOTO

26 Aprel 2011 15:45
Milli.Az xəbər portalının lenta.ru saytına istinadən verdiyi məlumata görə, quşun qeyri-adiliyi onun rəngindədir. Ağ qarğa, qarğaları bir qayda olaraq qara rəngdə görməyə alışmış şəhər sakinlərinin marağına səbəb olub. Onun haradan uçub gəldiyi məlum deyil. Yerli KİV bu qeyri-adi quşu hər imkanda lentə almaq üçün əlindən gələni edir. Onun yerli heyvanxananın marağını cəlb edəcəyi güman olunur.

Milli.Az