Bir ailə qəzaya düşdü, 5 yaşlı uşaq öldü
26 Aprel 2011 13:44
Neftçala rayonu ərazisində bir ailə yol qəzasına düşüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, yol qəzası aprelin 25-də saat 19:25 radələrində rayonun Xıllı qəsəbəsi ərazisində baş verib.
Yol qəzasında Qəsəbə sakini Zöhrab Tağıyevin idarə etdiyi "VAZ-2107" markalı və Bakı şəhər sakini Emil Yəhyayevin idarə etdiyi "Mercedes C-180" markalı avtomobillər toqquşub.
Nəticədə xəsarət almış hər 2 sürücü və Z.Tağıyevin oğlanları - 1 yaşlı Təbriz və 5 yaşlı Əlibəy xəstəxanaya yerləşdiriliblər. Əlibəy xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az