“Kurtlar Vadisi Pusu”: Polat Alemdar anasının qisasını necə alacaq? – VİDEO

26 Aprel 2011 14:01
"Kurtlar Vadisi Pusu" serialının 123-ci seriyasının anonsu yayılıb. Ötən seriyada Ersoy Ulubey Polat Alemdarın anasını güllələmişdi. Anonsdan da bəlli olur ki, bu həftə nümayiş olunacaq seriyada həyəcanlı dəqiqələr az olmayacaq. Fraqmentdə Polatın anasının öldüyü görünür. "Kurtlar Vadisi Pusu" serialında Polat Alemdar düşmənlə daim mübarizə aparsa da, anasının ölümü kimi ağır halla heç vaxt üzləşməmişdi.

Polat anasının intiqamını necə alacaq? Müxtəlif forumlarda və sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan biri məhz budur. Xatırladaq ki, Ersoy Ulubey əvvəllər Mematinin oğlunu da öldürmüşdü. Memati qisasını almaq üçün müxtəlif yollara əl atsa da, istəyinə çata bilmədi.

Milli.Az