Bakıda kişi özünü öldürdü
26 Aprel 2011 13:17
Bakının Binəqədi rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, M.Ə.Rəsulzaqə qəsəbəsi, M.Məmədxan küçəsində yaşayan 43 yaşlı Arif Qasımov özünü asıb. Onun meyiti aprelin 25-də saat 12:00 radələrində mənzildə asılmış vəziyyətdə aşkarlanıb.
Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az