Futbol tarixində görünməmiş hadisə!
6 Mart 2010 14:09
Britaniya mətbuatının yazdığına görə, bu, İngiltərədə həvəskar "Lonq Louford" və "Uilteppers" komandaları arasındakı qarşılaşmada baş verib. Oyunun sonlarına yaxın rəqibinə badalaq vuran Mark Çepmen dərhal qırmızı vərəqə alaraq, meydandan qovulub.
Oyundan sonra həkimlər futbolçunun ayağının 2 yerdən sındığını müəyyən edib. Məlum olub ki, həvəskar futbolçu bundan sonra nəinki bir daha meydana çıxa, hətta öz işi ilə - peşəsi olan elektrikliklə də məşğul ola bilməyəcək.
İş məhkəməyədək gedib çıxıb və hakimlər futbolçunun badalağını "qəsdən xəsarət yetirmə" kimi qiymətləndirib. Nəticədə kobudluq etmiş oyunçu həbsxanaya göndərilib.
Bu, futbol tarixində ilk anoloji hadisədir.
Milli.Az