«Qazprom» Avropa üçün qazın qiymətini artıra bilər

26 Aprel 2011 12:38
Milli.Az xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, ixrac potensialını xeyli artırmış şirkət Avropaya qazın min kubmetrini 500 dollara sata bilər.
O da məlum olub ki, "Qazprom"un ixrac potensialının artması ona əlavə 12 milyard dollar gəlir gətirəcək.
Qiymət artımının mümkünlüyünü qurumun rəhbəri Aleksey Miller təsdiqləyib. O, iqtisadi böhran dövründə Avropa ölkələrinin qaza təlabatının azaldığını, indi isə yenidən bərpa olunduğunu bildirib.
"Deutsche Bank AG" ekspertlərinin hesablamasına görə, Avropa istehlakçılarının əlavə 10 milyard kubmetr Rusiya qazına ehtiyacı yarana bilər.

Milli.Az