Yaqut Babayeva və Fatimə Fətəliyeva "Retro Bakı" layihəsində - FOTO

12 Avqust 2016 13:44

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən "Retro Bakı" layihəsinin növbəti konsertləri 13-14 avqust, saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.

Milli.Az bildirir ki, bu həftə "Retro Bakı"nın qonaqları tanınmış müğənni Yaqut Babayeva və rəqqasə Fatimə Fətəliyeva olacaqlar. Həmçinin konsertdə gənc müğənnilər Aygün Ağayeva, Mütəllim Mütəllimov, Ülkər Şahbazova, Mehman Tağıyev, Rüfət Xəlil, "İstedad" insrtumental ansamblı və "Azad" rəqs qrupu iştirak edəcəklər.

Bakı sakinlərini və qonaqlarını maraqlı musiqi proqramı və rəngarəng rəqslər gözləyir.

Milli.Az