Onu görən yaşına inanarmı? - FOTO
26 Aprel 2011 20:09
Milli.Az xəbər portalı "The Daily Mail"ə istinadən bildirir ki, britaniyalı teleaparıcı və model Tess Deyli yeni fotosessiyaya çəkilib.
"The Strictly Come Dancing" şousunun ulduzu yarıçılpaq fotosessiyasının başlıca məqsədi yeni spa-mərkəzlər şəbəkəsinin reklamı olduğunu deyib.
Şəkillərdə Tess o qədər cazibədar alınıb ki, onu görənlər xanımın 41 yaşlı olduğuna əsla inanmaz.
"Bəli, yaşıma görə cavan görünürəm. Hətta iki uşaq anası olduğuma da çətin inanırlar. Tanrı verən vücud və imkandır", - Tess Deyli söyləyib.
"Marks & Spencer" marketlər şəbəkəsinin reklam kampaniyasına qatılan Tess Deylinin sözlərinə görə, 6 yaşlı Foeb və 18 yaşıl Amberə mümkün qədər çox vaxt ayırmağa çalışsa da, çox zaman istəyinə çatmır: "İşlər həddən ziyadə olduğu üçün övladlarımla yetərincə vaxt keçirə bilmirəm".
Milli.Az


