Ancelina Collinin 10 milyon dollarlıq sirri var - FOTO
26 Aprel 2011 16:05
Milli.Az xəbər portalı "Mail Online"a istinadən bildirir ki, dünyanın ən populyar aktrisalarından biri, Hollivud ulduzu Ancelina Colinin indiyədək mediadan gizli saxladığı sirri faş olub. Sən demə, aktrisa "Louis Vuitton" şirkəti ilə reklam anlaşması imzalayıbmış. Anlaşmanın şərtlərinə görə, şirkət Coliyə 10 milyon dollar ödəyib.
Müqavilənin şərtləri 35 yaşlı aktrisanın şirkətin reklam "sima"sına çevrilməsini nəzərdə tutur.
Beləcə, Madonna və Cennifer Lopesdən sonra Ancelina Coli şou-biznes mənsubları arasında ən böyük məbləğdə reklam anlaşmaları imzalayan şəxsdir.
Ancelina Coli gəlirlərinin 1/3 hissəsini xeyriyyə işlərinə xərcləyir.
Milli.Az


