Yaponiyada ölənlərin sayı 14,5 minə çatır
26 Aprel 2011 11:19
Milli.Az xəbər portalının "İTAR-TASS"a istinadən verdiyi məlumata görə, dünəndən dağıntılar altından cəsədlərin axtarışı istiqamətində başlanmış növbəti genişmiqyaslı iş davam etdirilir. Artıq təbii fəlakət qurbanlarının sayı 14 min 416 nəfərə çatıb. 11 min 709 nəfər hələ də itkin düşmüş hesab olunur. Yaralılar isə 5 min 315 nəfərdir.
Milli.Az