Ukrayna İraqa duzlu xiyar satacaq
25 Aprel 2011 20:58
Milli.Az xəbər portalı "Mayak"a istinadən bildirir ki, İraq Ukraynadan çox böyük miqdarda duzlu xiyar almaq fikrindədir. Bunu Xmelnitski vilayətinin adminsitrasiya sədrinin müavini Leonid Qural deyib.
"İraqda duzlu xiyarın 0,5 litrlik bankası 5 dollara satılır. Bağdad elə bu gün sifariş verməyə hazırdır," - Qural söyləyib.
Sərfəli anlaşmanın qarşısını alan Xmelnitski vilayətində duzlu xiyar istehsalı imkanlarının məhdud olmasıdır. Bunun üçün böyük investisiyalar gərəkdir.
Milli.Az