Rumıniya Futbol Federasiyasının prezidentinin qızında xərçəng tapılıb
25 Aprel 2011 20:37
Milli.Az xəbər portalı "Ziaramondene"yə istinadən bildirir ki, Rumıniya Futbol Federasiyasının prezidenti Mirça Sandunun qızı Ralukada döş xərçəngi tapılıb
Həkimlərin dediyinə görə, xəstəliyin irsi yolla ötürüldüyünü düşünürlər. Çünki Ralukanın yaxın qohumlarının çoxunda döş xərçəngi var.
Xəstəliyin dinamikasını izləmək üçün Raluka ildə iki dəfə tibbi müayinədən keçməlidir.
"Anam 34 yaşında olanda onda döş xərçəngi tapılmışdı. Qohumlarımın demək olar ki, hamısında bu xəstəlik var. Şükür Tanrıya ki, atam müalicə olundu. Buna görə də insanlara döş xərçəngindən xilas olmaq imkanı vermək üçün xüsusi klinika yaratmaq istəyirəm", - Raluka Sandu deyib.
Milli.Az