İmtahanlar pullu olacaq

10 Avqust 2016 18:51

Tarif (qiymət) Şurasına yeni səlahiyyət verilib. 

APA-nın xəbərinə görə, bu, "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmanda əksini tapıb.

Test imtahanında iştirak etmək üçün ödənişin məbləği Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdiriləcək. Fərmana əsasən Tarif (qiymət) Şurasına test imtahanında iştirak etmək üçün ödənişin məbləğini iki ay müddətində müəyyən etmək tapşırılıb.

Milli.Az