Rusiyada erməni killer həbs olundu
25 Aprel 2011 18:29
Volqoqradda Federal Təhlükəsizlik Xidməti və vilayət Dövlət Daxili İşlər İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyatda xüsusi təhlükəli cani həbs olunub.
Milli.Az xəbər portalının "Life News"a istinadən verdiyi məlumata görə, bu, İnterpol xətti ilə axtarışda olan 42 yaşlı erməni killer Tiqran Arutyunyandır. O, Qərbi Avropada bir sıra qətllərdə təqsirli bilinir. Arutyunyan kriminal aləmdə "Tiko" ləqəbilə tanınır və sifarişli qətllərin icrası ilə məşğul idi.
Milli.Az