"Mercedes" ağaca çırpıldı, ölən və yaralanan var
25 Aprel 2011 18:24
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, qəza zamanı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca dəyib.
Hadisə bu gün saat 18:00 radələrində Kür qəsəbəsinə gedən yolda baş verib. Zərbənin təsirindən sürücü Amil Məmmədov hadisə yerində keçinib, sərnişin Saleh Əliyev isə ağır xəsarətlə xəstəxanaya çatdırılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Avtomobil yolun sol kənarına çıxaraq ağaca çırpılıb. Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az