Dmitri Medvedev Çernobıla gedir
25 Aprel 2011 18:42
Rusiya prezidenti Dmitri Medvedev sabaş Ukraynanın Çernobıl şəhərinə səfər edəcək. Milli.Az xəbər portalının RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın dövlət başçısının özü deyib. "Sabah mən Çernobıla gedirəm", - deyə Dmitri Medvedev Çernobıl AES-dəki qəzanın nəticələrinin aradan qaldırılmasında xidmətləri olan şəxslərə dövlət mükafatlarının verilməsi mərasimindəki çıxışında bildirib.
Milli.Az