İran kiberhücuma məruz qalıb
25 Aprel 2011 17:41
Milli.Az xəbər portalının "Reuters"ə istinadən verdiyi məlumata görə, dövlət qurumlarının kompyuter şəbəkələrində "Stars" adlı yeni virus aşkarlanıb. Mülki Müdafiə İdarəsinin rəhbəri Qulamrez Calali bildirib ki, mütəxəssislər virusu vaxtında aşkarlaya bilib. O, yeni virusun mümkün fəsadları haqda danışmayıb.
Milli.Az