Azərbaycanda daha bir şirkətə broker fəaliyyəti üçün lisenziya verilib

25 Aprel 2011 17:12
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "İnterneyşnl Tranzakşn Sistem" Məhdud Məsuliyyətli Cəmiyyətə broker fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıq (lisenziya) verilib. Bu barədə məlumat Milli.Az xəbər portalına QKDK-nın mətbuat xidmətindən daxil olub. Hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 4 qiymətli kağızların idarə edilməsi, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.

Milli.Az