İki məşhur baş məşqçi «Spartak»a «yox» dedi
25 Aprel 2011 16:50
Moskvanın "Spartak" klubunun baş məşqçi postuna italiyalı Marçello Lippi və ya hollandiyalı Lui van Qaldan birini gətirmək istəyi baş tutmayıb.
Milli.Az xəbər portalının "Sport-ekspress"ə istinadən verdiyi məlumata görə, klub rəhbərliyi iki məşqçi ilə də danışıqlar aparsa da, onların hər ikisindən rədd cavabı alıb.
"Spartak" baş məşqçi axtarışlarını davam etdirir.
Milli.Az