Azərbaycanın gənc idmançıları Uşaq Olimpiya Oyunlarında iştirak edirlər
25 Aprel 2011 14:58
Yarışlarda iştirak etmək üçün Avropa, Asiya, Afrika, Amerika qitələrindən, ümumilikdə 90 ölkədən 3000-ə yaxın idmançı uşaq Türkiyənin paytaxtına toplaşıb. Yarışlar 10 - atletika, voleybol, badminton, basketbol, bossia, qılıncoynatma, qolbol, cüdo, tennis, uşu, üzqüçülük idman növləri üzrə keçiriləcək.
Qeyd edək ki, bu yarış Uşaq Olimpiya Oyunları üçün ilk addımdır.
Həmin yarışlarda Azərbaycan uşaqlarından ibarət qolbol komandası ölkəmizi təmsil edəcək. Bu mötəbər idman tətbirində uşaqlara dəstək vermək məqsədi ilə Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov da Türkiyədədir.
Milli.Az