Mağaza partladı, 3 yaralı var
25 Aprel 2011 13:57
Milli.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, partlayış şəhər ərazisində Sadiqi Bəhmənə məxsus mağazada meydana gəlib.
Məişətdə istifadə olunan qaz balondan sızma zamanı yaranmış ani partlayış nəticəsində orada olan B.Sadiqinin oğlu Anar, Ağstafa şəhər sakinləri Ceyhun Əliyev və Elnur Orucov xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Partlayış nəticəsində dağıntı olmayıb.
Milli.Az