Bakıda ağır yol qəzsı: 1 ölü, 5 yaralı
25 Aprel 2011 12:40
Payataxt ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, avtoqəza aprelin 23-ü saat 22:00 radələrində Qala-Türkan yolunda qeydə alınıb.
Abşeron rayon sakini Qəhrəman Abdiyevin idarə etdiyi "Azsamand" markalı avtomobillə Türkan qəsəbə sakini Xan Əliyevin idarə etdiyi "QAZ-2410" markalı avtomobil toqquşub.
Nəticədə "Azsamand"ın sərnişinləri Bəylər Əkbərov ölüb, İlqar Bədəlov və sürücü Q.Abdiyev xəsarət alıb. "QAZ-2410"un sürücüsü X.Əliyev və sərnişinləri Şakir Əmrahovla Qorxmaz İbadov da aldıqları xəsarətlərlə 3 saylı xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az