Günün qoroskopu
30 Aprel 2011 05:00
Göylərin mənzərəsi
30 aprel, çərşənbə, XXVI Ay günü, Günəş-Buğada, Ay - Dolçada, Merkuri-Qoçda,Venera - Qoçda, Mars-Qoçda, Yupiter-Qoçda, Saturn-Tərəzidə, Uran-Qoçda, Neptun-Dolçada, Pluton-Oğlaqda.
Münəccim öncəgörümləri
QOÇ - Dincəlmək, turizm səfərinə çıxmaq, təzə mənzilə köçmək, ev dəyişmək işləri yaxşı alınacaq. Özünüzü güclü hiss edəcəksiniz. Maddi durumunuzu artırmaq yönündəki çalışmalarınız yaxşı nəticə verəcək. Ünsiyyətlərinizdə anlaşılmazlıq yaranacaq.
BUĞA - Səhhətinizə qarşı diqqətlıi olmalısınız. Biznes planlarını həyata keçirmək yönündəki çalışmalarınızda nəzərə çarpacaq uğur yoxdur. Yaxın adamların yardımı ilə sevgi münasibətlərinizi yoluna qoya biləcəksiniz. Əsəbiləşməməyə çalışın.
ƏKİZLƏR - Diqqətinizi bir məcraya toplaya bilsəniz, maddi durumla bağlı əməliyyatlarda qazancınız olacaq. İnsanlarla ünsiyyətlərinizə diqqət artırın. Səhhətinizlə bağlı cıddi bir problem gözlənmir. Düşündüklərinizi həyata keçirməyin rahat üsulunu tapın.
XƏRÇƏNG - Əsəblərinizi boş buraxmayın. İndi maddi durumunuzu artırmaq cəhdləriniz fayda vermir. Səhhətinizdə, xüsusilə ürək-damarla bağlı problem yarana bilər. Özünüzü soyuğa verməyin. Ünsiyyətlərinizdən bəhrələnə bilərsiniz.
ŞİR- Fiklərinizi maddi durumunuzu yaxşılaşdırmaq istiqamətinə yönəldin. Zəhmətiniz nəticəsiz qalmaz. Münaqişə və mübahisələrə qoşulmasanız yaxşıdır. Ünsiyyətlərinizdə xoşagəlməzlik baş verə bilər. Səhhətinizdən şikayətiniz olmayacaq.
QIZ - İqtisadi vəziyyətinizin normallaşdırılması istiqamətindəki hər hansı çalışmalarınızda bir xeyir yoxdur. Səhhətinizi yoluxmadan gözləyin. Ünsiyyətlərinizdə yaxşılığa doğru canlanma müşahidə olunacaq.
TƏRƏZİ - Çətin keçən bu gündə heç kəslə mübahisə etməməyiniz məsləhətdir. Diqqətinizi başqa işlərə məşğul etmədən maddi durumunuzu yaxşılaşdırmaq yönündəki çalışmalarınız əhəmiyyərtli nəticə verə bilər. Səhhətinizdən şikayətininiz olmayacaq.
ƏQRƏB - Özünüzü xəstələnməkdən qoruyun. Eşitdiyiniz xəbərlərin çoxu sizi qəzəbləndirmək üçün uydurulub. Diqqətinizi əsas fəaliyyət sahənizə yönəldin. Faydası az olsa da, çalışmalarınız yaxın günlərdəki uğurlarınıza baza ola bilər. Səhhətinizi qoruyun.
OXATAN - Özünüzü gümrah hiss edəcəksiniz. Nəzərdə tutduğunuz hər bir fəaliyyət sahəsində ciddi çalışacaqsınızsa, oradan fayda götürəcəksiniz. Səhhətinizlə bağlı heç bir ciddi narahatlıq yoxdur. Ünsiyyətlərinizdə anlaşılmazlıq yaranıbsa, onu dərinləşdirməyin.
OĞLAQ - Maddi vəziyyətinizin qənaətbəxş olmaması sizi bəzi layihələrdən kənarda qoyacaq. İndi biznes planlarını həyata keçırmək sizin üçün problem yaradır. Səhhətiniozlə bağlı narahatlığı aradan götürmək üçün yaxşı həkimə müraciət edin.
DOLÇA - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Səhhətinizdən şikayət etməyəcəksiniz. Maddi durumunuzu yüksəltmək üçün çalışmalarınızda uğur var. Əsəbi ovqatlı adamlardan uzaq gəzməyiniz məsləhətdir, yoxsa ovqatınızı korlayarlar.
BALIQLAR - Sevgi münasıbətlərinin arzuolunan səviyyəsi sizə fərəh verən yeganə stimuldur. Səhhətinizdən muğayat olmalısınız. İndi maddi durumunuzu yaxşılaşdırma cəhdləriniz heç bir fayda vermir.
Milli.Az