Şahzadə şahzadədən niyə küsüb?

25 Aprel 2011 21:18
Milli.Az xəbər portalı "Associated Press"ə istinadən bildirir ki, Bəhreyn şahzadəsi Salman bin Həmad əl Xəlifə Böyük Britaniya şahzadəsi Uilyamın toyuna dəvət alsa da, mərasimə qatılmaqdan boyun qaçırıb.

"Ölkəmizdəki qeyri-stabil vəziyyətin şahzadə Uilyamın toyuna mənfi təsir etməsini istəmirik. Bundan başqa, Böyük Britaniya cəmiyyəti və kütləvi informasiya vasitələrinin Bəhreyndə baş verənlərlə bağlı yanlış mövqe tutmaları bizdə təəssüf hissi doğurur", - əl Xəlifənin bəyanatında deyilir.

Milli.Az