Bakıda işıq dirəyi avtomobilin üstünə düşdü - FOTO

25 Aprel 2011 11:28
Milli.Az xəbər portalına verilən məlumata görə, küləyin törətdiyi hadisə Nərimanov rayonu ərazisində, Ziya Bunyadov prospektində qeydə alınıb.
Həmin ərazidə, Daxili İşlər Nazirliyinin hospitalının yaxınlığında küləyin təsirinə tab gətirməyən elektrik dirəyi qoparaq "VAZ-2107" markalı avtomobilin üstünə düşüb. Hadisə zamanı avtomobildə heç kim olmadığından, xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib.

Anar
Milli.Az















Foto Milli.Az