Narkotiklə dolu təyyarə gölə düşdü

25 Aprel 2011 10:58
Milli.Az xəbər portalının "Reuters"ə istinadən verdiyi məlumata görə, narkotik alverçilərinə məxsus külli miqdarda kokain aparan təyyarə Heron gölünə düşüb. Suyun dibinə getmiş təyyarədə olan narkotik dolu kisələr gölün üzünə çıxıb. Polis bunun kokain olduğunu müəyyənləşdirib.
Qəza zamanı təyyarədə olan insanların hamısı həlak olub. Onların neçə nəfər olduğu açıqlanmır. Qəzaya güclü küləyin səbəb olduğu bildirilir.

Milli.Az