Rəsmi ailə qurmaq dəbdən düşür
25 Aprel 2011 11:06
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, indi pasportunda rəsmi nikah ştampı olmadan yaşamağa üstünlük verənlər daha çoxdur. Araşdırma göstərib ki, cütlük rəsmi nikaha girirsə, sonradan onların təxminən 50%-i boşanır. Statistikaya əsasən, 16 yaşınadək olan uşaqların 50%-nin valideynləri ayrı yaşayır. Ekspertlər bunun həddindən artıq təhlükəli rəqəm olduğunu bildirir. Bu, xüsusilə qız uşaqlarının psixi problemlərlə böyüməsinə səbəb olur.
Ekspertlərin proqnozlarına görə, yaxın gələcəkdə insanların həyati məqsədləri arasından ailə qurmaq, ümumiyyətlə yox olacaq...
Milli.Az