Gəncədə bütün çoxmərtəbəli binaların dam örtükləri dəyişdiriləcək
25 Aprel 2011 22:14
Gəncə Şəhər Mənzil-Kommunal İstehsalat Birliyinin rəisi Elgün Məmmədovun AzərTAc-a verdiyi məlumata görə, şəhərdəki çoxmərtəbəli binaların dam örtükləri uzun illər təmir olunmadığından tam yararsız hala düşüb. Əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq qısa müddətdə Dədə Qorqud və Nəriman Nərimanov küçələrindəki 25 binada dam örtüklərinin dəyişdirilməsi başa çatdırılıb.
Hazırda bu iş Zərdabi küçəsindəki 12 binada davam etdirilir. Yaxın günlərdə isə Şah İsmayıl Xətai prospektində və Yeni Gəncə yaşayış sahəsindəki binalarda təmir işlərinə başlanacaq. Ümumiyyətlə, yaxın vaxtlarda şəhərdəki ehtiyac duyulan bütün çoxmərtəbəli binaların dam örtükləri dəyişdiriləcək.
Milli.Az