Haqqında ən çox mənfi xəbər yayılan şou-biznes nümayəndələri

6 Avqust 2016 22:09

Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə şou-biznes nümayəndələri ilə bağlı monitorinqin nəticələrini təqdim edir.
 
Milli.Az bildirir ki, 2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 10796 xəbər yerləşdirilib. Bunlardan 236 xəbər mənfi, 24 xəbər müsbət və 10536 xəbər isə neytraldır.
 
Mənfi xəbərlər arasında liderlər: Kamran Həsənli (57 xəbər - bacısının istintaqa cəlb olunması), Tarix Əliyev (45 xəbər -  icra başçısının Toliki təhqir etməsi, Dağıstanın üzünü görməyib fəxri ad alanlar başlıqlı xəbərlər), Rauf Əhmədov (34 xəbər -  Ağdamın işğal günündə 18+ parti etməsi), Elşad Xose (34 xəbər -  Ağdamın işğal günündə 18+ parti etməsi). Müsbət xəbərlər isə Almaz Ələsgərliyə (24 xəbər -  "Mövsümün sevilən aktrisası" nominasiyası üzrə təltif olunması) məxsusdur.
 
Saytlarda xəbər sayına görə sıralama:
 
İlhamə Quliyeva                     653 xəbər
Röya Ayxan                           538 xəbər
Flora Kərimova                      399 xəbər
Elza Seyidcahan                     391 xəbər
Zülfiyyə Xanbabayeva           382 xəbər
Tarix Əliyev                            330 xəbər
Tünzalə Ağayeva                    314 xəbər
Aygün Kazımova                   313 xəbər
Brilliant Dadaşova                 301 xəbər
Natəvan Həbibi                      291 xəbər
 
 
 
 
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 382 xəbər dərc edilib. Bu xəbərlərdən 376-sı neytral, 2-si müsbət, 4-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Teymur Əmrah (2 xəbər - Flora Kərimovanın müğənni haqqında fikirləri) və Kamran Həsənliyə (2 xəbər - bacısının istintaqa cəlb olunması) məxsusdur. Müsbət xəbərlər isə Almaz Ələsgərliyə (2 xəbər -  "Mövsümün sevilən aktrisası" nominasiyası üzrə təltif olunması) məxsusdur.
 
Qəzet və jurnallarda xəbər sayına görə sıralama:
 
Tünzalə Ağayeva                   32 xəbər
Flora Kərimova                      19 xəbər
İlhamə Quliyeva                     19 xəbər
Zülfiyyə Xanbabayeva           13 xəbər
Röya Ayxan                           13 xəbər
Elza Seyidcahan                     11 xəbər
Alim Qasımov                        11 xəbər
Faiq Ağayev                           11 xəbər
Gülyanaq Məmmmədova       11 xəbər
Aygün Kazımova                   10 xəbər
 
İyul ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 89 xəbər göstərilib.
 
Televiziya kanallarında xəbər sayına görə sıralama:
 
Əlikram Bayramov                 5 xəbər
İlhamə Quliyeva                     5 xəbər
Elariz Məmmədoğlu               4 xəbər
Rüfət Axundov                      4 xəbər
Kərim Abbasov                      4 xəbər
Rəhim Rəhimli                       3 xəbər
Ədalət Şükürov                      3 xəbər
Cavanşir Məmmədov             3 xəbər
Gülay Qədirova                      3 xəbər
Nadir Qafarzadə                    3 xəbər
 
Qeyd edək ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Milli.Az