Yüzə yaxın obyektdə zəbtolunma, qanunsuz tikili, yenidənqurma işlərinin aparılması halları aşkarlanıb
24 Aprel 2011 19:15
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət edilməsi məqsədilə monitorinqlər keçirib.
Qurumun mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, 100-ə yaxın müəssisə və obyektdə zəbtolunma, qanunsuz tikili, yenidənqurma işlərinin aparılması halları aşkar edilib. Belə hallarının qarşısının alınması məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb.
Birinci rübdə 30-a yaxın müəssisə və obyektdə dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, habelə dövlət büdcəsinə dividendlərin hesablanması və ödənilməsi vəziyyəti araşdırılıb. Nizamnamə kapitalında dövlətin payı olan 218 səhmdar cəmiyyətindən və idarəetmədə olan 88 dövlət müəssisəsindən balans hesabatları qəbul edilib. Dövlət müəssisəsi və təşkilatlarından 5380 xüsusi hesabat alınıb.
AzərTAc