Suraxanı rayonunun hərbi komissarı həbs edilib
23 Aprel 2011 17:55
Bakı şəhərinin Suraxanı rayonunun hərbi komissarı Təvəkkül Ağayev həbs edilib. Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən məlumat verilib.
T. Ağayevə qarşı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) və 341.1-ci (hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə T. Ağayev barəsində həbs-qətimkan tədbiri seçilib.
Milli.Az