Yaponiyada yenidən zəlzələ olub

23 Aprel 2011 17:17
Milli.Az xəbər portalının APA-ya istinadən verdiyi xəbərə görə, ABŞ Geoloji Xidməti zəlzələnin 6 bal gücündə olduğunu açıqlayıb. Yeraltı təkanların episentri İvate prefekturasının inzibati mərkəzi Morioka şəhərinin 161 km cənub-şərqinə təsadüf edib və yerin 39 km dərinliyində olub. İtki və dağıntı barədə məlumat yoxdur.

Xatırladaq ki, martın 11-də Yaponiyada baş verən 9 bal gücündə zəlzələ və daha sonra yaranan sunami nəticəsində 28 minə yaxın adam ölüb.

Milli.Az