Paytaxt sakini evində asılmış vəziyyətdə tapıldı
6 Mart 2010 12:42
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, 44 yaşlı Məhəmməd Əliyev özünü öldürüb. Mərhumun meyiti dünən saat 23:00 radələrində yaşadığı Natiq Əliyev küçəsi 44-dəki mənzilində tavandan asılmış vəziyyətdə aşkarlanıb. M.Əliyev özünü ailə üzvləri evdə olmayarkən asıb.
Heç bir yerdə işləməyən mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi baışanıb, araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az