SAM-da “Gənclər və informasiya cəmiyyəti: imkanlar və problemlər” mövzusunda müzakirə keçirilib

23 Aprel 2011 15:29
APA-nın xəbərinə görə, müzakirə Azərbaycan gənclərinin qarşıdakı VI forumuna həsr edilib və planlaşdırılan 8 müzakirədən birincisi olub.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, prezidentin gənclər sahəsində 2011-2015-ci illər üzrə dövlət proqramının hazırlanmasına dair sərəncamı ilə əlaqədar işçi qrup yaradılıb: "Biz hesab edirik ki, gənclər bu prosesdə fəal iştirak etməlidir". İ. Babayev deyib ki, müxtəlif mövzularda, o cümlədən gənclərin şəxsi inkişafı, onların ictimai həyatda iştirakı, bölgələrdəki gənclərlə bağlı 8 müzakirənin keçirilməsi qərara alınıb. Müzakirələr ayda 2 dəfə keçiriləcək.

Milli.Az