YAP-çılar Bayıl yamacında 3 min ağac əkiblər

23 Aprel 2011 14:18
AzərTAc-ın məlumatına görə, YAP rayon təşkilatlarının, Qadınlar Şurasının, Gənclər Birliyinin üzvləri və Milli Məclisin deputatlarının iştirak etdikləri iməcilikdə Abşeron iqliminə uyğun 3 mindən çox həmişəyaşıl ağac əkilib. YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirib ki, hər il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində partiya fəallarının iştirakı ilə abadlıq və yaşıllaşdırma kampaniyaları keçirilir: "Bu gün partiyamızın gənc üzvləri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ekologiyanın qorunması siyasətinə dəstək olaraq şəhərimizin daha da yaşıllaşdırılması naminə ağaclar əkirlər. Qurucu və yaradıcı YAP hər işdə olduğu kimi, bu aksiyada da Azərbaycanın inkişafına mühüm əhəmiyyət verir. İllər keçəcək, bura istirahətə gələnlər bizim xeyirxah əməllərimizi xatırlayacaqlar".

Aksiyanı ilboyu davam etdirəcəklərini bildirən YAP sədrinin müavini bütün Azərbaycan gənclərini Bakını abadlaşdırmağa, yaşıllaşdırmağa və təmizliyini qorumağa çağırıb.

Milli.Az