Günün qoroskopu
27 Aprel 2011 05:00
Göylərin mənzərəsi
27 aprel , çərşənbə, XXIV Ay günü, Günəş - Buğada, Ay - Balıqlarda, Merkuri - Qoçda, Venera -Qoçda, Mars - Qoçda, Yupiter - Qoçda, Saturn - Tərəzidə, Uran - Qoçda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
QOÇ - Səhhətinizdən muğayat olun. Düzəlməyən işləriniz azalmağa doğru gedir. Maddi vəziyyətinizi yüksəltmək şanslarınız artmaqdadır. Sevgi münasibətlərindən və ya xoş ünsiyyətlərdən başqa ürəyinizi açan məsələlər o qədər də çox deyil .
BUĞA - Özünüzü bu gün gümrah hiss edəcəksiniz. Yaxın hesab etdiyiniz adamlarla belə özünüzü tənha hiss edəcəksıniz. İşlərinizdəki uğurlarınız azaltmayın. Maddi vəziyyətinizi yaxşılaşdırmaq yönündəki çalışmalarinizda ciddi fayda gözlənilmir.
ƏKİZLƏR - İşləriniz gözlədiyiniz kimi yaxşı getmir. Səhhətiniz qayğı tələb edir. Maddi imkanlarınızı artırmaq cəhdləriniz bir sıra əlavə problemlər yarada bilər. Ünsiyyətlərinizdə heç bir ciddi problem yoxdur.
XƏRÇƏNG - Problemləriniz çoxdur. Bununla belə, özünüzü rahat və gümrah hiss edirsiniz. Maddi durumunuzu yüksəldə bilmək şanslarınız məhdudlaşıb. Səhhətinizlə bağlı ciddi probleminiz yoxdur. Qənaət rejimində qalmağınız məsləhətdir.
ŞİR - Ulduzların düzümü sizin üçün rahatlıq şəraitinin yetişdiyindən xəbər verir. Biznes planlarını həyata keçirmək maneələrlə üzləşməyəcək. Sevgi münasibətlərində rahatlıqdır. Səhhətiniz sizin üçün problem yaratmayacaq.
QIZ - Səhhətinizlə bağlı problemləri həll etməlisiniz. İşlərinizdə qaydasızlıqdır. Alınmayan işlərinizi sahmana salmaq üçün ona yanaşma istiqamətini dəyişin. Biznes planlarını həyata keçirmək şanslarınız azalıb, onlardan istifadə etməlisiniz.
TƏRƏZİ - Rahat keçən bu gündə davranışınızı nəzarətdə saxlamalısınız. Biznes planlarını həyata keçirmək şanslarınız çoxalmaqdadır. Ünsiyyətləriniz üçün uğurlu zaman kəsiyidir. Pozulmuş əlaqələrinizi bərpa edin.
ƏQRƏB - Özünüzü gücsüz hiss edəcəksiniz. Maddi durumunuzu artırmaq üçün uğurlu zaman kəsiyi deyil. Yaxın hesab etdiyiniz adamlarla münasıbətlərinizdə problem yarana bilər. Heç kəsdən incikliyinizi büruzə verməyin.
OXATAN - Səhhətiniz diqqət tələb edir. İşlərinizin çətinliklərlə üzləşməsindən çəkinməyin, gücünüzə inamı azaltmayın. Maliyyə imkanlarını artırmaq şanslarınız çoxdur - onlardan bacarıqla istifadə etməlisiniz. Ünsiyyətlərinizdən bəhrələnin.
OĞLAQ - Biznes planlarını həyata keçirmək şanslarınız azalmaqdadır,istifadə etməlisiniz. Ünsiyyətləriniz problemlidir, heç kəsin xətrinə dəyə biləcək söz söyləməyin. Gələcək uğurlarınız işlək münasibətlərdən çox asılı olacaq.
DOLÇA - İşləriniz nə qədər çox olsa da, səhhətiniz üçün vaxt tapmalısınız. Biznes planlarını həyata keçirmək indi sizin üçün çox əlçatardır. Şəxsi məsələlərinizdə gərginlik şəraitin olmamalıdır.
BALIQLAR - Səhhətiniz sizin üçün problemlidir. İndi istədiyiniz maddi məsələni həll etməyə gücünüz yetərincə çoxdur. Ünsiyyətlərinizdə yaranmış xoşagəlməz şəraiti xoş ovqatla əvəzləməyə cəhd edin.
Milli.Az