“Bill Klinton” Bakıda medal qazandı
23 Aprel 2011 13:52
Milli.Az xəbər portalının məlumatına görə, "Bill Klinton" Bakıda keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb. Söhbət heç də ABŞ-ın keçmiş prezidentindən getmir. Sadəcə, Azərbaycan çaparı Camal Rəhimovun atının adı belədir.
Heydər Əliyevin xatirəsinə həsr olunmuş, atçılığın konkur növü üzrə Beynəlxalq Bakı turnirinin ikinci günündə iştirakçılar vaxta qarşı yarışıblar. Çaparlar öz atları ilə maksimal hündürlüyü 145 sm olan maneələri dəf etməyə çalışıb ki, bu tapşırığın öhdəsindən də Azərbaycan təmsilçisi Gennadi Qaşıbəyazov "Papirus" ləqəbli atı ilə hamıdan yaxşı gəlib.
"Bill Klinton" ləqəbli atla yarışan Camal Rəhimov gümüş medalla kifayətlənib. Rusiyalı Olqa Danolova isə "Vodka Lime" ləqəbli atı ilə 3-cü yeri tutub.
Milli.Az