Ötən il Ermənistan ordusu 54 əsgər itirib

23 Aprel 2011 13:35
2010-cu ildə Ermənistan Silahlı Qüvvələrində 54 ölüm halı qeydə alınıb. Onların əksəriyyəti işgəncə və vəhşi münasibət nəticəsində baş verib. Milli.Az xəbər portalının "Mediamaks" agentliyinə istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Ermənistanın ombudsmanı Karen Andreasyan çıxış edib.

"Rəsmi məlumatlara görə, 2010-cu ildə 176 hal üzrə günahkarlar cəzalandırılıblar. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi və Ermənistan Helisinki Komitəsi 2009-2010-cu illər üzrə hesabatlarında orduda hökm sürən cəzasızlıq, pis məişət şəraiti, korrupsiya, qəddar münasibət və döyüş əməliyyatları ilə bağlı olmayan yaralanmalar barədə çoxsaylı nümunələr göstəriblər", - ombudsman bildirib.

Karen Andreasyan tibbi araşdırma aparılmadan hərbi qulluqçulara qarşı intizam həbsi təcrübəsindən narahatlığını da ifadə edib.

Milli.Az