Xəzərdə batan balıqçıların meyiti tapıldı

23 Aprel 2011 12:58
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, aprelin 21-də Şabran rayon Qaraqaşlı kəndi ərazisində, dənizdə qayığın çevrilməsi nəticəsində batan Şabran şəhər sakinləri Samir Salayev və Cabir Əhmədovun meyitləri sudan çıxarılıb.
Meyitlər Siyəzən rayonunun Həmyə kəndi ərazisində tapılıb.
Hər iki balıqçı aprelin 21-i axşam saatlarında Xəzər dənizində batıb.

Milli.Az