İki gün əvvəl nişanlanan qız öldü
23 Aprel 2011 12:51
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, rayon sakini 17 yaşlı Nazilə Məmmədova yaşadığı evdə dəm qazından boğulub.
Onu da əlavə edək ki, N.Məmmədova cəmi iki gün əvvəl nişanlanıbmış.
Sumqayıt şəhərində də dəm qazı zəhərlənməsi olub. Şəhər sakinləri Mehparə Yunusova və Mətləb Cəfərov dəm qazından zəhərlənib.
Milli.Az