Bakıda zəncirvari qəza
23 Aprel 2011 12:42
Bakının Nizami rayonu ərazisində zəncirvari yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qaəza zamanı "VAZ", "Nexia", "Tofaş" və "Azsamand" markalı 4 minik avtomobili toqquşub. Yol qəzasında xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə xilasedicilər cəlb olunub.
Milli.Az