Sürücünün yuxulaması ağır qəzaya səbəb oldu, 1 ölü

23 Aprel 2011 12:35
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə Ələt-Astara yolunun 34-cü kilometrliyində qeydə alınıb.

Sabirabad sakini Elçin Ağayev idarə etdiyi "VAZ-2107" markalı avtomibili yolun kənarında dayanmış Rusiya vətəndaşı Maqomed Qazımaqomedova məxsus "Mercedes" markalı yük avtomobilinə vurub. Qəza zamanı Elçin Ağayevin sərnişini olan Yusif Əliyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsi yaralının həyata qayıtması üçün yetərli olmayıb.

Qəzaya E.Ağayevin sükan arxasında yuxulaması səbəb olub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az