Qafqaz Universiteti müəllimlərinin taleyi necə oldu?

2 Avqust 2016 17:01

Qafqaz Universitetindən, hələ ki, heç bir müəllim və işçi vəzifəsindən azad olunmayıb

Milli.Az bildirir ki, bu barədə modern.az-a Qafqaz Universitetindən məlumat verilib.
 
Bildirilib ki, sonuncu dəfə Elmar Qasımovun universitetə rektor təyin olunmasından sonra, hələ ki, Qafqaz Universitetində heç bir kadr dəyişikliyi olunmayıb.
 
Verilən məlumatda qeyd olunub ki, universitet rəhbərliyi dəyişəndən bu günə qədər heç kim işindən çıxarılmayıb.
 
Xatırladaq ki, iyulun 20-də təsisçinin - SOCAR-ın nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib. Köhnə rektor Ahmet Sanıçın yerinə Elmar Qasımov təyin olunub.
 
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi SOCAR-ın təsisçiliyi ilə yaradılıb və nəzdində Bakı İstedadlar Təhsil Kompleksi, Bakı Fransız Liseyi də fəaliyyət göstərir.

Milli.Az